Bizim Haqqımızda
NAVİTAS 2007-ci ildə Bakıda, Azərbaycanda yerli müştərilərə məsləhətlər verən kiçik bir şirkət kimi, yeganə qadın sahibkar tərəfindən təsis edilmişdir. Lakin, sonradan dəyişmiş şərait nəticəsində Şirkət ailə biznesinə çevrildi və fəaliyyətini şaxələndirdi. Artıq beynəlxalq şirkət kimi Dubayda (BƏƏ) və Bakıda (Azərbaycan) ofisləri olan, və Londonda da ofisin açılmasını planlaşdıran NAVİTAS əvvəllər bir neçə dəfə restrukturlaşma və yenidən təşkilə məruz qalmış, həmçinin adı dəyişmişdir. Son onillik ərzində səmərəli idarəetmə və düzgün strategiyanın nəticəsi olaraq, Şirkət dayanıqlı inkişaf əldə etmişdir. Son bir neçə ildə NAVİTAS seçilmiş müştərilərinə yüksək keyfiyyətli xidmətlər göstərən çoxfunksiyalı butik şirkəti nüfuzunu əldə etmişdir. Şirkətin ümumi iş strategiyası göstərdiyi xidmətlərə aparıcı mütəxəssisləri cəlb etməsinə və ümumi biznesin xərclərini azaltmaq üçün unikal yanaşmalara əsaslanır. Yüksək keyfiyyətli xidmətlərin və sərfəli qiymətlərin sintezi bazarda bütün fəaliyyət sahələrində NAVİTAS-ın xidmətlərinə yüksək tələbat yaratmışdır.