• Ana Səhifə
  • Bizim Haqqımızda
  • Təsisçi
  • Fəaliyyətlərimiz
  • Bizimlə Əlaqə

Navitas Group Shareholder

NAVİTAS-ın Təsisçisinin bir evli xanımın ailəsinə və övladlarına qayğı göstərməyin ağır yükünə baxmayaraq, öz biznesində uğur qazana biləcəyinin əyani sübutudur. NAVİTAS-ın Təsisçisi Şirkəti otuz yaşlarında olarkən, dünyada dərin qlobal maliyyə böhranının tüğyan etdiyi bir vaxtda qurmuşdur. O, bundan qorxmamış, gənc, lakin bacarıqlı və təcrübəli olması, işinə həvəslə yanaşması və çox çalışması nəticəsində yüksək nəticələr əldə etmişdir.

Çalışqan bir insan olaraq, o, vaxtının və enerjisinin böyük bir hissəsini Şirkətin inkişafı və böyüməsi üçün sərf etməklə bərabər, Şirkətin inkişafı və böyüməsinə öz töhfələrini vermələri üçün öz ailə üzvlərini də Şirkətə cəlb etmişdir. NAVİTAS-ın müvəffəqiyyətinin əsas səbəbi Təsisçinin yaratdığı və digər ailə üzvlərinin də dəstəklədiyi səmərəli strategiyadır. Bütün bunlar yalnız onun yüksək liderlik bacarıqları ilə mümkün ola bilərdi. Şübhəsizdir ki, o, bir qadının həm biznes fəaliyyətində, həm həyat yoldaşı kimi, həm də bir ana kimi uğurlu ola biləcəyini bir daha hər kəsə sübut etdi. Bu gün NAVİTAS -ın Təsisçisinin 2007-ci ildə işçi heyətinə etdiyi bəyanatın cəmi bir neçə il sonra gerçəkləşməsindən qürur duyur. Həmin çağırışı diqqətinizə çatdırırıq:

Hörmətli Həmkarlar və Ailə Üzvləri,

.........................................

Fəxr edirəm ki, öz şirkətimizi quraraq çox önəmli bir addım atdıq! Uğurumuza inam azdır və bu cür inamsızlığa əsas səbəblərdən biri mənim liderlik bacarığımın sual altına alınmasıdır. Azərbaycan qadınının heç bir maneə qarşısını ala bilmədiyini və biznes fəaliyyətində uğur qazanma bacardığını sübut etməyə əlimdən gələni edəcəyəm.
İnanıram ki, Şirkətimiz müvəffəqiyyət qazanacaq və digər ölkələrdə ofisləri olan beynəlxalq bir şirkətə çevriləcək! Sizdən xahiş edirəm, uğur qazanmaq üçün gücümüzə və bacarığımıza inanın!

Xalidə V.
Bakı – 17 dekabr, 2007

© 2020 Navitas Group

Baku

  • J. Jabbarly 44
  • Baku, Azerbaijan
  • Az 1065

  • info@navitasgroup-az.com

Dubai

  • Office No - 1301
  • Owned by Company of Issa Saleh Al Gurg
  • Regga Buteen, Dubai P.O. Box 186549 United Arab Emirates

  • info@navitasgroup-az.com